Songtexte.com Drucklogo

Shushtar Magamunda Bastachar Mahnelare (Gäl Gäl) Songtext
von Alim Qasimov

Shushtar Magamunda Bastachar Mahnelare (Gäl Gäl) Songtext

Alma atdım nar gəldi
Köynək aldım dar gəldi
Alma atdım nar gəldi
Köynək aldım dar gəldi

Oyandan kölgə düşdü
Elə bildim yar gəldi
Oyandan kölgə düşdü
Elə bildim yar gəldi

Gəl, gəl ceyranım
Maralım Gəl
A gülüm
Gəl, gəl, gəl, ceyranım
Maralım gəl

Əzizim görüm səni
İstərəm görüm səni
Əzizim görüm səni
İstərəm görüm səni


Xəyalınla yatıram
Yuxumda görüm səni
Xəyalınla yatıram
Yuxumda görüm səni

Gəl, gəl, ceyranım
Maralım gəl
Gəl, gəl, gəl, ceyranım
Maralım gəl

Nədən ol büt-i pərivəş dəxi bir bu yanə gəlməz
Məgər ol xərabə evdən usanıb cəzanə gəlməz
Nə qılım? Edim nə çarə? Ol nigar-i nazəninə
Boyanıb cahan sözündən özü bir əyanə gəlməz

Döşənib əbr-i zülfün, nə xub al yanağın üzrə
Niyə bəs o qarğı saçın uzanıb dabanə gəlməz
Hanı bəs görən nə oldu? Məni dərdi qəm tükətdi
Niyə gəlmədi yubandi? Nə edib bahanə gəlməz?

Gücilən deyil əzizim bu şəhab-i eşqidir, eşq
Ki o bərg-i nəxl-i iman, hər odun yığanə gəlməz
Nədən ol büt-i pərivəş dəxi bir bu yanə gəlməz
Məgər ol xərabə evdən usanıb cəzanə gəlməz


Ceyranım gəl gəl, tərlanım gəl gəl
Ceyranım gəl gəl, tərlanım gəl gəl
Yolunu gözlərəm, qurbanam gəl gəl
Başına mən sənin, dolanım gəl gəl
Başına mən sənin, dolanım tez gəl

Gözəldir həyatın, gözəldir devranın
Gözəldir həyatın, gözəldir devranın
Bəxtəvər qızısan, bu yerin, dünyanın
Gəl adı ceyran, özü ceyran
Bala mən sənə qurban, sənə qurban
Gəl adı ceyran, özü ceyran
Bala mən sənə qurban, sənə qurban

Baxışın can alır
Gülüşün qəşəkdir
Qızaran yanağın
Elə bil çiçəkdir
Ürəyim sənindir
Könlümü gəl dindir
Ürəyim sənindir
Könlümü gəl dindir
Gözün tək göz olmaz
Sözün tək söz olmaz
Gözün tək göz olmaz
Sözün tək söz olmaz
Mehriban, Qəşək qız
Bu qədər naz olmaz

Gəl adı ceyran, özü ceyran
Bala mən sənə qurban, sənə qurban
Gəl adı ceyran, özü ceyran
Bala mən sənə qurban, sənə qurban

Adı ceyran, özü ceyran
Adı ceyran, özü ceyran
A gülüm mən sənə qurban

Adı ceyran, özü ceyran
Adı ceyran, özü ceyran
A gülüm mən sənə qurban

Nədən ol büt-i pərivəş dəxi bir bu yanə gəlməz
Məgər ol xərabə evdən usanıb cəzanə gəlməz

Gəl adı ceyran, özü ceyran
Bala mən sənə qurban, sənə qurban
Gəl adı ceyran, özü ceyran
Bala mən sənə qurban, sənə qurban
Gəl, gəl
Gəl adı ceyran, özü ceyran
Bala mən sənə qurban, sənə qurban
Gəl adı ceyran, özü ceyran
Bala mən sənə qurban

Songtext kommentieren

Log dich ein um einen Eintrag zu schreiben.
Schreibe den ersten Kommentar!

Beliebte Songtexte
von Alim Qasimov

Quiz
Wer singt das Lied „Haus am See“?

Fans

»Shushtar Magamunda Bastachar Mahnelare (Gäl Gäl)« gefällt bisher niemandem.